Ərdoğandan Qərbə sərt cavab: "Bəs siz terrorçuların yanında durmurdunuz?"

© AP PhotoПрезидент Турции Реджеп Тайип Эрдоган, фото из архива
Президент Турции Реджеп Тайип Эрдоган, фото из архива - Sputnik Azərbaycan, 1920, 15.02.2021
Abunə olmaq
"Biz sizinlə NATO-da bərabəriksə, terrorçuların yanında yer almayacaqsınız. Yer alacaqsınızsa, bizim yanımızda yer almayacaqsınız".

BAKI, 15 fevral — Sputnik. "Bəs siz PKK-nın, YPG-nin yanında deyildiniz? PYD-nin yanında deyildiniz? Bal kimi arxasındasınız və yanındasınız". Sputnik Türkiyə xəbər verir ki, bunu Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan İraqın şimalında 13 Türkiyə vətəndaşının PKK terrorçuları tərəfindən qətlə yetirilməsi barədə danışarkən bildirib.

O qeyd edib ki, Türkiyə əsir götürülən vətəndaşların qurtarılması üçün səy göstərib.

"Qərb bunu anlayarmı? İstər anlasın, istər anlamasın. Bax Amerikanın bir açıqlaması var, evlərinə şənlik. Bəs siz terrorçuların yanında durmurdunuz? Bəs siz PKK-nın, YPG-nin yanında deyildiniz? PYD-nin yanında deyildiniz? Bal kimi arxasındasınız və yanındasınız. Biz sizinlə NATO-da bərabəriksə, terrorçuların yanında yer almayacaqsınız. Yer alacaqsınızsa, bizim yanımızda yer almayacaqsınız. Əsgərimizin qarşısında dayana bilməyən terror təşkilatı alçaqlıqda sərhəd tanımır", - deyə Ərdoğan qeyd edib.

Xatırladaq ki, Birləşmiş Ştatlar Dövlət Departamentinin Türkiyənin 13 mülki vətəndaşının PKK/KCK terror təşkilatı tərəfindən əsir götürüldükdən sonra öldürülməsi ilə bağlı açıqlaması qardaş ölkədə birmənalı qarşılanmayıb.

"Birləşmiş Ştatlar Türkiyə vətəndaşlarının İraqın Kürdüstan bölgəsində öldürülməsinə görə təəssüflənir. NATO müttəfiqimiz olan Türkiyənin yanındayıq və son qarşıdurmada həlak olanların ailələrinə başsağlığı veririk. Türkiyə vətəndaşlarının terror təşkilatı PKK-nın əlində ölməsi xəbərləri doğrudursa, bu addımı qətiyyətlə pisləyirik", - deyə Departamentin yaydığı məlumatda bildirilir.

 

Xəbər lenti
0