CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sinoptiklərdən XƏBƏRDARLIQ: Bakıya qar yağacaq

© Sputnik / Murad OrujovПервый снег в Баку
Первый снег в Баку  - Sputnik Azərbaycan, 1920, 15.02.2021
Abunə olmaq
Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-10 dərəcə aşağı enəcək, fevralın 17-si axşam və 18-də 0 dərəcəyə yaxın olacaq.

BAKI, 15 fevral - Sputnik. İki gün sonra Bakı əhli qar görmək xoşbəxtliyini yaşaya bilər. Fevralın 17-də Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir. Fevralın 17-si axşam və 18-də yağışın fasilələrlə sulu qara, qara keçəcəyi ehtimal olunur. 

Milli Hidrometeorologiya Xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, şimal-qərb küləyi əsəcək, 15-20 m/s, arabir 23-25 m/s, fevralın 17-də axşam, 18-i gecə və səhər yarımadanın bəzi yerlərində arabir 28-30 m/s-dək güclənəcək.

Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-10 dərəcə aşağı enəcək, fevralın 17-si axşam və 18-də 0 dərəcəyə yaxın olacaq.

Kanadalı təqaüdçü pandemiya dövründə süstlüklə qeyri-adi mübarizə üsulu icad etdi - Sputnik Azərbaycan, 1920, 14.02.2021
VİDEO
Kanadalı təqaüdçü pandemiya dövründə süstlüklə qeyri-adi mübarizə üsulu icad etdi

Fevralın 17-si Azərbaycanın şimal və qərb rayonlarından başlayaraq 19-u səhərədək ölkə ərazisində hava şəraitinin dəyişəcəyi, arabir yağıntılı olacağı, qar yağacağı, əsasən dağlıq və dağətəyi rayonlarda intensiv, güclü olacağı gözlənilir. Qərb küləyi əsəcək, 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 27-32 m/s-dək güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-10 dərəcə aşağı enəcək. Dağlıq və dağətəyi rayonlarda yolların buz bağlayacağı, fevralın 17-də çovğun olacağı ehtimalı var.     

Sabaha olan hava proqnozuna gəlincə isə, Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, gecə və axşam bəzi yerlərdə çiskinli yağış yağacağı gözlənilir. Mülayim şimal küləyi əsəcək.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 3-5, gündüz 7-9 dərəcə isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunu, nisbi rütubət 70-80 faiz təşkil edəcək.

Fevralın 16-da Azərbaycanın rayonlarında hava şəraitinin arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq, mülayim qərb küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturu gecə 2-6, gündüz 7-11, dağlarda gecə 0-4 dərəcə isti, yüksək dağlıq ərazilərdə 0-5 dərəcə şaxta, gündüz 4-8 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoz

Fevralın 16-da Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü və rütubətli hava şəraiti gözlənilir ki, bu da meteohəssas insanlar üçün nisbətən əlverişlidir. 

Xəbər lenti
0