BAKI, 14 fevral - Sputnik. ABŞ Senatı ölkənin sabiq prezidenti Donald Trampa bəraət verib.
Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, ABŞ Prezidenti Co Bayden sələfi Donald Trampın üsyana təhrik ittihamı ilə Senat tərəfindən bəraət almasının "şübhə" doğurmadığını bildirib.
Bu barədə Baydenin Ağ Ev tərəfindən yayılan yazılı açıqlamasında qeyd olunub.
Şənbə günü ABŞ Konqresinin yuxarı palatası keçmiş dövlət başçısına impiçment vermək üçün lazımi səslərin üçdə ikisini (100 senatordan ən azı 67) ala bilməyib.
Açıqlamada qeyd olunur ki, yekun səsvermə mühakimə olunmasa da, ittihamların mahiyyəti mübahisədən kənardır.
Bayden bir daha Kapitoliyadakı hücumu ABŞ tarixindəki "kədərli bir səhifə" olduğunu söyləyib. O, "Amerikada şiddət və ekstremizmə yer olmamalı" olduğunu xatırladıb.
Bundan əlavə, ABŞ prezidenti Trampın impiçmentinə səs verən 57 senatordan yeddisinin onunla eyni partiyada təmsil olduğunu da xüsusi vurğulayıb.