BAKI, 14 fevral - Sputnik. Türkiyə Silahlı Qüvvələrinin (TSK) İraqın şimalında yerləşən Qara bölgəsində terrorçulara qarşı apardığı "Pençe Kartal-2" əməliyyatı zamanı üçü "yüksək səviyyəli səlahiyyətlilər" olmaqla 48 terrorçu ölü, 2-si isə sağ vəziyyətdə ələ keçirilib.
Sputnik Türkiyə xəbər verir ki, bu barədə Türkiyənin Milli müdafiə naziri Hulusi Akar "Pençe Kartal-2" Hərəkatı haqqında açıqlama verərkən bildirib.
O qeyd edib ki, TSK-nın hərbi əməliyyatları zamanı terrorçuların sığındığı mağaradan 13 günahsız Türkiyə vətəndaşının cəsədi də aşkarlanıb.
Türkiyənin 13 mülki vətəndaşı PKK/KCK terror təşkilatı tərəfindən əsir götürüldükdən sonra öldürülüb.
Bundan əvvəl Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Twitter hesabında "qəhrəman əsgərlərin qarşısına çıxmağa cəsarət etməyən terrorçular mülki əhalini alçaqcasına qətlə yetiriblər", - yazıb.