CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bu dərmanlar koronavirusu sağaltmağa qadir deyil

© AP Photo / Elise AmendolaТаблетки, фото из архива
Таблетки, фото из архива - Sputnik Azərbaycan, 1920, 14.02.2021
Abunə olmaq
"Bu dərmanları qəbul edən xəstələr özlərini daha yaxşı hiss etmirlər və yaxud da onlar tənəffüs cihazına bağlanması lazım gələn xəstələrin sayını azaltmağa qadir deyillər"

BAKI, 14 fevral - Sputnik.  Hidroksixlorokin dərmanının COVID-19 xəstəliyinə qarşı təsirsiz olduğu üzə çıxarıb.

Sputnik Azərbaycan xarici mediaya istinadla xəbər verir ki, bu qənaətə Çin, Braziliya, İspaniya, Tayvan, Böyük Britaniya, Şimali Amerika, Misir və İrandan olan bir qrup alim apardığı tədqiqat nəticəsində gəlib.  

Onlar qeyd ediblər ki, öz xüsusiyyətlərinə görə hidroksixlorokin xəstəliyin müalicəsinə və koronavirus infeksiyasından ölüm dərəcəsinə təsir edə bilməz.

Hidroksiklorokin və xlorokin üzərində ümumilikdə 14 tədqiqat aparılıb və onun COVID-19-dan müalicə edib-etmədiyi dəqiqləşdirilib.

Sözügedən tədqiqatların bəzilərini dərmanı istehsalı ilə məşğul olan əczaçılıq şirkətləri maliyyələşdirib.

Analizlər SARS-CoV-2 koronavirus infeksiyasının müalicəsində hidroksixlorokin və xlorokinin istifadəsinin əsassız olduğunu üzə çıxarıb. 

"Bu dərmanları qəbul edən xəstələr özlərini daha yaxşı hiss etmirlər və yaxud da onlar tənəffüs cihazına bağlanması lazım gələn xəstələrin sayını azaltmağa qadir deyillər", - deyə tədqiqatçılar bildirib. 

Xəbər lenti
0