Люди на Площади фонтанов в Баку - Sputnik Azərbaycan, 1920
CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Prezident Aparatının yaxınlığında "Gelandewagen" aşdı - VİDEO

© AP Photo / Carlos Osorio"Mercedes-Benz" Gelandewagen‎
Mercedes-Benz Gelandewagen‎ - Sputnik Azərbaycan, 1920, 13.02.2021
Xəbərlərə abunə olun
Yandex newsTelegram
Yüksək sürətlə hərəkətdə olan "Gelandewagen” markalı avtomobilin sürücü Niyazi küçəsindən İstiqlaliyyət küçəsi istiqamətində dönən zaman idarəetməni itirib.

BAKI, 13 fevral - Sputnik. Bakıda baş vermiş qəza hadisəsi kameraya düşüb.

Sputnik Azərbaycan Azadmedia.az-a istinadən xəbər verir ki, hadisə günün axşam saatında, paytaxtın İstiqlaliyyət küçəsində baş verib.

Belə ki, yüksək sürətlə hərəkətdə olan "Gelandewagen” markalı avtomobilin sürücü Niyazi küçəsindən İstiqlaliyyət küçəsi istiqamətində dönən zaman idarəetməni itirib.

Ardınca qarşı yolda dayanan bir neçə avtomobilə çırpılaraq aşıb. Hadisə nəticəsində sürücü yüngül xəsarət alsa da, avtomobillərə ciddi ziyan dəyib.

Qeyd edək ki, sərt döngədə yüksək sürətlə hərəkət etmək analoji qəzaların əsas səbəblərindəndir.

Xəbər lenti
0