Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

"ƏDV-dən azadetmə çörəyin qiymətinin qalxmamasına təsir edəcək"

© Depositphotos.com / ShockСвежеиспеченный хлеб на столе
Свежеиспеченный хлеб на столе - Sputnik Azərbaycan, 1920, 13.02.2021
Abunə olmaq
"Qəlyan üçün hazırlanan tütünlərin aksiz vergilərinə cəlb edilməsi, həmçinin elektron siqaretlər üçün mayeyə tətbiq olunan aksiz vergisinin hər litr üçün 100 manat olması nəzərdə tutulur"

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 13 fevral — Sputnik. Buğdanın idxalı və satışının, həmçinin buğda ununun və çörəyin istehsalı və satışının ƏDV-dən azad edilməsi müddəti (2017-ci il yanvarın 1-dən etibarən) 5 ildən 7 ilədək uzadılır. Bu da çörəyin qiymətinin artmamasına təsir edəcək.

Sputnik Azərbaycan xəbər verir ki, bunu İqtisadi Tədqiqatlar və Tədris Mərkəzinin rəhbəri Radil Fətullayev Vergi Məcəlləsinə təklif edilən dəyişiklikdən danışarkən deyib.

© Sputnik / Murad Orujovİqtisadi Tədqiqatlar və Tədris Mərkəzinin rəhbəri Radil Fətullayev
ƏDV-dən azadetmə çörəyin qiymətinin qalxmamasına təsir edəcək - Sputnik Azərbaycan, 1920, 13.02.2021
İqtisadi Tədqiqatlar və Tədris Mərkəzinin rəhbəri Radil Fətullayev

O bildirib ki, ƏDV çörəyin qiymətinə təsir göstərir: "Ona görə də unun, çörəyin və kəpəyin istehsalı və satışının ƏDV-dən azadedilmə müddəti uzadılır. Kəpəyin də istehsalı və satışının ƏDV-dən azad edilməsi müddəti 3 ildən 5 ilədək (2019-cu il martın 1-dən etibarən) uzadılır.

Ekspert qeyd edib ki, dəyişikliyə görə, qəlyan üçün hazırlanan tütünlərin aksiz vergilərinə cəlb edilməsi, həmçinin elektron siqaretlər üçün mayeyə tətbiq olunan aksiz vergisinin hər litr üçün 100 manat olması (əvvəl 20 manat idi) nəzərdə tutulur. Bu da həmin məhsulların qiymətinin qalxmasına təsir edəcək.

Qeyd edək ki, Vergi Məcəlləsinə dəyişiklik Milli Məclisin iclasında birinci oxunuşda qəbul olunub.

Xəbər lenti
0