CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Şuşa qalası bərpa edilir

Abunə olmaq
Qarabağ xanı Pənahəli xan 1750-ci ildə Şuşa qalasının tikilməsi haqqında qərar verib və Qarabağ xanlığının mərkəzi buraya köçürülüb

BAKI, 12 fevral — Sputnik. Şuşa qalasının bərpa işlərinə başlanılıb. Sputnik Azərbaycan-ın məlumatına görə, bərpa prosesinə 22 mütəxəssis cəlb olunub. İlkin mərhələdə görülən işlərin gələn ayın sonlarına doğru yekunlaşacağı gözlənilir. İşlər yekunlaşdıqdan sonra növbəti mərhələdə daha geniş bərpaya başlanılacaq.

Qeyd edək ki, Qarabağ xanı Pənahəli xan 1750-ci ildə Şuşa qalasının tikilməsi haqqında qərar verir və Qarabağ xanlığının mərkəzi buraya köçürülür. Qala bərpadan sonra uzun müddət mənbələrdə Pənahabad adlandırılır. Şuşa qalası Azərbaycan memarlığının ən gözəl incilərindən biridir. Qala Arran memarlıq məktəbi üslubunda inşa edilib. Qalanın tikilməsində əsasən yerli daşlardan və əhəng-yumurta sarısı qarışığından istifadə edilib. Qalanın üç qapısı var. Onlardan Gəncə qapısı öz yüksək memarlıq xüsusiyyətləri ilə seçilir. Qala dairəvi mühafizə bürclərinə malikdir.

Xəbər lenti
0