Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan, 1920
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Azərbaycanda COVID-ə yoluxma sayı yenə artdı

© Sputnik / Murad OrujovBakıda klinikaların birində koronavirus testi
Bakıda klinikaların birində koronavirus testi - Sputnik Azərbaycan, 1920, 12.02.2021
Abunə olmaq
Azərbaycanda indiyədək ümumilikdə 231 840 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 226 345 nəfər müalicə olunaraq sağalıb

BAKI, 12 fevral — Sputnik. Azərbaycanda son sutkada koronavirusa 191 yeni yoluxma faktı qeydə alınıb, 226 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sputnik Azərbaycan-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib. Azərbaycanda indiyədək ümumilikdə 231 840 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 226 345 nəfər müalicə olunaraq sağalıb, 3173 nəfər vəfat edib, aktiv xəstə sayı 2322 nəfərdir. Ölkədə son sutka ərzində 7260, hazırkı dövrədək isə 2 485 483 test aparılıb.

Xəbər lenti
0