BAKI, 12 fevral — Sputnik. Əfsanəvi caz pianoçusu və bəstəkar Çik Koria 79 yaşında vəfat edib.
Sputnik Azərbaycan xarici mediaya istinadən xəbər verir ki, o, xərçəngin nadir növündən dünyasını dəyişib.
Musiqiçi ölümündən əvvəl yaxınlarına və pərəstişkarlarına "musiqi atəşinin alovlanmasına kömək etdikləri üçün" minnətdarlığını bildirib.
Çik Koria Çelsidə italyan immiqrantların ailəsində anadan olub. Professional karyerasına 1962-1963-cü illərdə başlayıb. O, Latın Amerikası pop musiqisini ifa edən qruplarda fortepianoda müşayiət edib. Koria 1970-ci illərin ortalarında, əsasən "Return to Forever" qrupundakı çıxışı ilə məşhurlaşıb.
Musiqiçi 22 "Grammy" mükafatına və iki latın "Grammy" mükafatına layiq görülüb.