Dosta mesaj: Ceyhun Byaramov türk həmkarını təbrik etdi

© Photo : MFA AzerbaijanДжейхун Байрамов и Мевлют Чавушоглу, фото из архива
Джейхун Байрамов и Мевлют Чавушоглу, фото из архива - Sputnik Azərbaycan, 1920, 12.02.2021
Abunə olmaq
Ceyhun Bayramov: "Dəniz quldurlarının hücumuna məruz qalan və əsir götürülən 15 Türkiyə vətəndaşının azad olunması xəbəri bizi çox sevindirdi".

BAKI, 12 fevral - Sputnik. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov nigeriyalı dəniz quldurlarının girov götürdüyü dənizçilərin azad edilməsi münasibəti ilə türkiyəli həmkarı Mövlud Çavuşoğlunu təbrik edib.

Sputnik Azərbaycan-ın məlumatına görə, Ceyhun Bayramov təbriki özünün Twitter hesabında yazıb.

"Dəniz quldurlarının hücumuna məruz qalan və əsir götürülən 15 Türkiyə vətəndaşının azad olunması xəbəri bizi çox sevindirdi. Türkiyəli qardaşlarımızı və onların ailələrini, habelə dənizçilərin azad olunmasında xüsusi əməyi olan qardaşım Mövlud Çavuşoğlunu ürəkdən təbrik edirəm", - deyə paylaşımda qeyd olunub.

Xatırladaq ki, yanvarın 23-də dəniz quldurları Nigeriya sahillərində "Motsart" adlı Türkiyə şirkətinə məxsus Liberiya bayrağı altında üzən gəmiyə hücum ediblər. Hücum zamanı gəminin 19 heyət üzvündən 15-i qaçırılıb, azərbaycanlı mühəndis Fərman İsmayılov isə öldürülüb. Gəmi 3 heyət üzvü ilə Qabonun Port-Gentil Limanına gətirilib. Fərman İsmayılovun cənazəsi əvvəlcə Qabondan Türkiyəyə, yanvarın 27-də isə Azərbaycana gətirilərək torpağa tapşırılıb.

Nigeriya sahillərində dəniz quldurları tərəfindən qaçırılan "Motsart" gəmisinin heyət üzvləri yanvarın 30-da Türkiyəyə gətirilib.

Xəbər lenti
0