Deputat müəlliflik hüquqlarına dair dinləmə keçirilməsini təklif edib

© © Jason Andrew/Pool via REUTERSЖурналист, фото из архива
Журналист, фото из архива - Sputnik Azərbaycan, 1920, 12.02.2021
Abunə olmaq
Deputat bildirib ki, bununla bağlı təkliflər hazırlayır: "Sizin də razılığınız olarsa, "Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında" qanunla bağlı təklifləri nəzərə almaqla, aidiyyəti orqanların da iştirakı ilə dinləmə keçirilsə, yaxşı olar".

BAKI, 12 fevral — Sputnik. "Bizə bir sıra mədəniyyət adamlarının, ziyalıların müraciətləri olur. Həmin müraciətlərdə müəllif hüquqlarının daha yaxşı qorunması mexanizmlərinin güclənməsi sahəsində təkliflər var. Bunların bəzisi qanunun icrasında yaranmış problemlərlə bağlıdır".

Sputnik Azərbaycan xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Qənirə Paşayeva deyib.

Xəbər lenti
0