Сьемка, фото из архива - Sputnik Azərbaycan, 1920
VİDEO
Ölkənin və dünyanın müxtəlif yerlərindən maraqlı və aktual görüntülər

"Sən səssizliyi qorumalısan ki, düşmən səni eşitməsin" – qazi Şuşa döyüşlərindən danışıb

Abunə olmaq
Daxili Qoşunların Xüsusi Təyinatlı Qüvvələrinin giziri Rasim Yaxin də 44 günlük Vətən müharibəsinin qəhrəmanlarındandır.

Rasim Yaxin sentyabrın 27-də, Vətən müharibəsinin ilk günündən döyüşlərə qatılıb. Döyüşlərə Kəlbəcər istiqamətindən başlayan Rasim Cəbrayıl və Füzuli uğrunda gedən döyüşlərdə iştirak edib. Qazi bildirir ki, Şuşa üçün 3 gün piyada yol gediblər və düşmənin gözləmədiyi istiqamətdən hücuma keçiblər.

Şuşada Gövhər Ağa məscidində ilk azan verib camaat namazını təşkil edən qazi - Sputnik Azərbaycan, 1920, 04.02.2021
VİDEO
Şuşada Gövhər Ağa məscidində ilk azan verib camaat namazını təşkil edən qazi

Rasim Yaxin ermənilərin atdığı minaatan mərmisindən ağır xəsarət alıb və sol gözünün funksiyası itirib. O, özünə gəldikdən sonra yanındakı döyüşçü yoldaşını silkələyərək ayıltmaq istəyib və bu zaman sol biləyinin olmadığını görüb.

Rasim döyüş yoldaşlarının köməyi ilə yaxınlıqdakı evə yerləşdirilib. Bir gün yaralı halda orada qaldıqdan sonra isə tibbi heyətin köməyi ilə hospitala çatdırılıb və üzərində 3 əməliyyat aparılıb.

Qazi “Döyüşdə fərqlənməyə görə” medalı ilə təltif edilib.

Xəbər lenti
0