CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Xocalı soyqırımını unutmayaq" – sosial layihələr müsabiqəsi

© Sputnik / Murad OrujovЦеремония почтения памяти жертв Ходжалинской трагедии
Церемония почтения памяти жертв Ходжалинской трагедии  - Sputnik Azərbaycan, 1920, 11.02.2021
Abunə olmaq
Müsabiqədə iştirak etmək istəyənlər layihə təkliflərini 22 fevral tarixinədək "GəncApp" mobil tətbiqi üzərindən təqdim edə bilərlər. Bir iştirakçı bir neçə layihə təklifi təqdim edə bilər.

BAKI, 11 fevral — Sputnik. "Xocalıya ədalət!" beynəlxalq maarifləndirmə kampaniyası çərçivəsində Azərbaycan Respublikasının Gənclər Fondu və "Regional İnkişaf" İctimai Birliyi Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılması və təbliği məqsədilə gənclər üçün layihə müsabiqəsi elan edir.

Sputnik Azərbaycan xəbər verir ki, "Xocalı soyqırımını unutmayaq" adlı müsabiqəyə mövcud karantin rejiminin tələblərinə uyğun olaraq sosial platformalar üzərindən Xocalı soyqırımı həqiqətlərini geniş auditoriyaya çatdıracaq layihələr qəbul olunur.

Müsabiqədə iştirak etmək istəyənlər layihə təkliflərini 22 fevral tarixinədək "GəncApp" mobil tətbiqi üzərindən təqdim edə bilərlər. Bir iştirakçı bir neçə layihə təklifi təqdim edə bilər. Münsiflər heyətinin qiymətləndirməsi əsasında ən yaxşı 10 layihənin maliyyələşdirilməsi (hər biri 1000 manat məbləğində) nəzərdə tutulur.

Müsabiqə ilə bağlı suallar (+99412) 4989590 və (+994 12) 5050150 əlaqə telefonları ilə, eyni zamanda rəsmi elektron poçt ünvanları (office@youthfoundation.az, info@riib.az) ilə cavablandırılır.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildə start verilmiş "Xocalıya ədalət!" beynəlxalq maarifləndirmə kampaniyasının məqsədi Xocalı soyqırımı, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, Xocalı soyqırımı qurbanlarının xatirəsinin yad edilməsi, xüsusən də gənc nəsil tərəfindən unudulmamasıdır. Kampaniya nəticəsində dünyanın 16 ölkəsi, ABŞ-ın 24 ştatı və İslam Əməkdaşlıq Təşkilatı tərəfindən Xocalıda törədilmiş cinayətləri soyqırımı kimi tanıyan qətnamələr qəbul edilib.

Xəbər lenti
0