BAKI, 11 fevral — Sputnik. Vətəndaşların prokurorluq orqanlarına daha asan müraciətini təmin etmək üçün mobil tətbiq proqramı yaradılıb.
Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Baş Prokurorluğun Kriminalistika və İnformasiya texnologiyaları idarəsinin rəisi Murad Dadaşov deyib. O bildirib ki, vətəndaş bu proqram vasitəsilə nəinki baş prokurorluğa müraciət edə bilər, eyni zamanda müraciətlərin baxılmasını, gedişatını da izləyə bilər.