Sərt karantin zamanı alınan icazələrin sayı açıqlanıb

© Sputnik / Murad OrujovЖенщина регистрируется на сайте icaze.e-gov.az
Женщина регистрируется на сайте icaze.e-gov.az - Sputnik Azərbaycan, 1920, 11.02.2021
Abunə olmaq
Sərt karantin rejiminin tətbiqi zamanı ölkə üzrə 950-dən çox əlilliyi olan şəxsin, o cümlədən dializ xəstələrinin olduqları ərazi üzrə tibb müəssisələrinə rahat müraciət etməsi üçün müvafiq icazələrin alınması 9108 Çağrı Mərkəzi vasitəsilə təmin edilib.

BAKI, 11 fevral — Sputnik. Ötən il sərt karantin zamanı alınan icazələrin sayı açıqlanıb. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ötən il üzrə hesabatında öz əksini tapıb. Ötən il əhalinin həyatının və sağlamlığının qorunması, dövlət strukturlarının və mühüm obyektlərin fasiləsiz işləməsi, habelə təsərrüfat subyektlərinin fəaliyyətinin tənzimlənməsi üçün “Elektron Hökumətin İnkişaf Mərkəzi” publik hüquqi şəxs Daxili İşlər Nazirliyi ilə birlikdə sistemin tətbiqinə başlayıb.

Sistem sərt karantin rejiminin tətbiq edildiyi dövrlərdə fəaliyyət göstərib.

2020-ci il 5 aprel-18 may tarixlərində sərt karantin rejiminin tətbiqi zamanı sistem üzərindən 72 000-dən çox qurum 924000 əməkdaşı üçün icazə alıb, habelə 8103 nömrəsi vasitəsilə isə 29000000-dan çox icazə alınıb. 2020-ci il 21 iyun-5 avqust tarixlərində sərt karantin rejiminin tətbiqi zamanı sistem üzərindən 89000-dən çox qurum 919000-dən çox əməkdaşı üçün icazə alıb, habelə 8103 nömrəsi vasitəsilə isə 31000 000-dan çox icazə alınıb.

2020-ci il 14 dekabr-2021-ci il 18 yanvar tarixlərində sərt karantin rejiminin tətbiqi zamanı sistem üzərindən dekabr ayı ərzində 104000-dən çox qurum 948000-dən çox əməkdaşı üçün icazə alıb, habelə 8103 nömrəsi vasitəsilə isə 16600000-dən çox icazə alınıb.

Bununla yanaşı, şəxslərin sistemdən istifadə qaydaları və 8103 nömrəsinə qısa mesaj-SMS göndərilməsi ilə bağlı yaranan sualları ilə əlaqədar Dövlət Agentliyinin 9108 Çağrı Mərkəzinə müraciət etmək imkanı yaradılıb.

Sərt karantin rejiminin tətbiqi zamanı ölkə üzrə 950-dən çox əlilliyi olan şəxsin, o cümlədən dializ xəstələrinin olduqları ərazi üzrə tibb müəssisələrinə rahat müraciət etməsi üçün müvafiq icazələrin alınması 9108 Çağrı Mərkəzi vasitəsilə təmin edilib.

Xəbər lenti
0