Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Müvəqqəti vergi rejimi ilə bağlı tətbiq edilən bütün güzəştlər ləğv edilib

© Sputnik / Murad OrujovПересчет денег, фото из архива
Пересчет денег, фото из архива - Sputnik Azərbaycan, 1920, 11.02.2021
Abunə olmaq
Koronavirus pandemiyasının yayılması nəticəsində iqtisadi şəraitin əhəmiyyətli şəkildə dəyişməsi ilə əlaqədar tətbiq edilən müvəqqəti vergi rejiminin müddəaları 2020-ci il yanvarın 1-dən bir il müddətinə tətbiq edilib.

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 11 fevral — Sputnik. "Bu ilin yanvarın 1-dən müvvəqqəti vergi rejimi ilə bağlı tətbiq edilən bütün güzəştlər ləğv edilib".

Sputnik Azərbaycan xəbər verir ki, bunu İqtisadi Tədqiqatlar və Tədris Mərkəzinin rəhbəri Radil Fətullayev Sputnik Azərbaycan-ın Multimedia Mətbuat Mərkəzində vergi güzəştləri və digər məsələlər ilə bağlı keçirdiyi mətbuat konfransında deyib.

© Sputnik / Murad Orujovİqtisadi Tədqiqatlar və Tədris Mərkəzinin rəhbəri Radil Fətullayev
Müvəqqəti vergi rejimi ilə bağlı tətbiq edilən bütün güzəştlər ləğv edilib - Sputnik Azərbaycan, 1920, 11.02.2021
İqtisadi Tədqiqatlar və Tədris Mərkəzinin rəhbəri Radil Fətullayev

O bildirib ki, koronavirus pandemiyasının yayılması nəticəsində iqtisadi şəraitin əhəmiyyətli şəkildə dəyişməsi ilə əlaqədar tətbiq edilən müvəqqəti vergi rejiminin müddəaları 2020-ci il yanvarın 1-dən bir il müddətinə tətbiq edilib:

"Məsələn, müvəqqəti vergi rejimində bütün ölkə üzrə sadələşdirilmiş vergi ödəyiciləri dövriyyədən 2 faiz deyil, 1 faiz vergi ödəyirdilər. Artıq bu ilin yanvar ayından yenidən bu göstərici 2 faiz olub. Bundan başqa, müvəqqəti vergi rejimində xidmət sektorunda fəaliyyət göstərən fərdi sahibkarlar məcburi dövlət sosial sığorta haqqı üzrə 62.50 manat əvəzinə 37.50 manat, tikinti və ticarət sektorunda fəaliyyət göstərənlər 125 manat əvəzinə 62.50 manat ödəyirdilər. Artıq tətbiq edilən güzəştlər ləğv edilib. Onlar əvvəlki qaydada ödəniş etməlidirlər".

Xəbər lenti
0