Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

DGK onlayn platformalarla bağlı problemə belə aydınlıq gətirir

© Sputnik / Aleksandr Kryazhev / Mediabanka keçidМешки с почтовыми отправлениями, фото из архива
Мешки с почтовыми отправлениями, фото из архива - Sputnik Azərbaycan, 1920, 11.02.2021
Abunə olmaq
"Çin Xalq Respublikasından "Aliexpress" saytı vasitəsilə verilən sifarişlərlə əlaqədar bildiririk ki, mal sifariş edildikdə "Poçt və ya daşıyıcı şirkət" xanasında “Azərpoçt” MMC-ni seçmək kifayətdir" - Dövlət Gömrük Komitəsi

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 12 fevral — Sputnik. Fevralın 1-dən etibarən xaricdən məhsul sifariş verən şəxslər müəyyən problemlərlə qarşılaşırdılar. Belə ki, vətəndaşlar böyük alış-satış platformalarından məhsul sifariş verərkən "Smartcustoms" tətbiqində, yaxud da e.customs.gov.az-da məlumat yerləşdirərkən müəyyən xanalarda məlumatların yerləşdirilməsi zamanı problemlə qarşılaşırdı. Belə ki, Çin kimi böyük alış-satış platformalarına sahib olan digər ölkələrdən şəxsən məhsul sifariş verərkən həmin tətbiqin seçim imkanı məhdudlaşdırılır. Şəxs "Aliexpress" və ya "Ebay"dan mal alır, məhsulu "Sinqapurpost"la göndərirlər. Lakin bunu "Smartcustoms"da seçmək olmur.

Poçtla gətirilən məhsullara görə bəyannamə və şəxsiyyət vəsiqəsinin qeyd olunması tələb olunur. Bu xanalar doldurulmalıdır, yoxsa boş qoyulmalıdır? Poçt olaraq isə digər ölkələrin poçt adları deyil, yalnız "Azərpoçt"u seçmək imkanı verilir. Halbuki məhsul xaricdən, Çindən və digər ölkələrdən gətirilir.

Bu xanalara məlumatlar necə yerləşdirilməlidir?

Məsələ ilə əlaqədar olarq Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Sputnik Azərbaycan-a məlumat verilib: "Çin Xalq Respublikasından "Aliexpress" saytı vasitəsilə verilən sifarişlərlə əlaqədar bildiririk ki, mal sifariş edildikdə "Poçt və ya daşıyıcı şirkət" xanasında “Azərpoçt” MMC-ni seçmək kifayətdir. Belə ki, beynəlxalq poçt göndərişləri vasitəsilə Azərbaycan Respublikasına daxil olan bağlamalar “Azərpoçt” MMC tərəfindən qəbul olunur. İzləmə kodu xanasında isə "Aliexpress" tərəfindən verilən kodu daxil etmək kifayətdir. Həmçinin müvafiq saytda göndərən şirkətin adı qeyd olunmadıqda "Aliexpress" yazmaq mümkündür".

Bundan başqa, ötən gün tətbiqdə şəxsiyyət vəsiqəsilə bağlı məlumatın qeyd olunmasında da problem vardı. Lakin bu problem artıq həllini tapıb.  

Xəbər lenti
0