Hulusi Akar: Azərbaycan naminə istənilən riskə getməyə hazırıq - VİDEO

© © Photo : Republic of Turkey Ministry of National DefenceМинистр обороны Азербайджана Закир Гасанов с турецким коллегой Хулуси Акаром на учениях "Зима-2021"
Министр обороны Азербайджана Закир Гасанов с турецким коллегой Хулуси Акаром на учениях Зима-2021 - Sputnik Azərbaycan, 1920, 11.02.2021
Abunə olmaq
Təlimlərdə F-16 qırıcıları və zərbə PUA-ları müəyyənləşdirilən hədəflərə dəqiqliklə zərbə endiriblər.

BAKI, 11 fevral — Sputnik. Türkiyə Silahlı Qüvvələri və Azərbaycan Silahlı Qüvvələri onlara veriləcək hər cür tapşırığı quruda, dənizdə və havada yerinə yetirəcək gücdə olduğunu göstərib.

Sputnik Azərbaycan Anadolu Agentliyinə istinadla xəbər verir ki, bu sözləri Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar "Qış təlimi-2021"-i şərh edərkən deyib. 

"Türkiyə və Azərbaycan qardaşdır. 44 günlük əməliyyat bunun sadəcə sözdə yox, əməldə də olduğunu göstərdi. Biz gercəkdən kədərdə də, sevincdə də birik. Bunun üçün nə etmək lazımdır etdik, edəcəyik. Bu məsələdə istənilən riskə getməyə hazırıq", - deyə Akar bildirib.

Türkiyənin Qars şəhərində Azərbaycan Ordusunun Naxçıvandakı Əlahiddə Ümumqoşun Ordusunun hərbi qulluqçularının da iştirak etdiyi "Qış təlimi-2021" adlı birgə təlimlərinin Müşahidəçilər günü keçirilir. 

Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib ki, "təlimlərdə F-16 qırıcıları və zərbə PUA-ları müəyyənləşdirilən hədəflərə dəqiqliklə zərbə endiriblər". 

Qeyd edək ki, "Qış təlimi-2021" təlimlərini bu gün Türkiyənin müdafiə naziri Hulusi Akarla yanaşı, Azərbaycanın müdafiə naziri Zakir Həsənov da izləyir.

 

Xəbər lenti
0