Aleksandr Lukaşenko: "Biz ələbaxan ölkə deyilik"

© BelTA Pool Photo via APПрезидент Белоруссии Александр Лукашенко, фото из архива
Президент Белоруссии Александр Лукашенко, фото из архива - Sputnik Azərbaycan, 1920, 11.02.2021
Abunə olmaq
Ukrayna lideri Qərbi NATO-nu Şərqə dorğu genişlətməmək barədə vədini yaddan çıxartmaqda ittiham etdi.

BAKI, 11 fevral — Sputnik. Belarus Prezidenti Aleksandr Lukaşenko Minskdə keçirilən VI Ümumbelarus Xalq Məclisində çıxış edərək bildirib ki, Qərb NATO-nu Şərqə dorğu genişlətməmək barədə vədini yaddan çıxarıb. Bu barədə RİA Novosti xəbər yayıb.

"Biz bərabərlik, qarşılıqlı hörmət, daxili işlərimizə qarışmamaq prinsipləri əsasında bütün ölkələr və birliklərlə əlaqə qurmağa hazırıq", – deyə o vurğulayıb.

"Biz heç bir dövləti düşmən gözündə görmürük, istənilən hərbi münaqişəni qınayırıq və mübahisələrin sülh yolu ilə həllinə tərəfdarıq", – deyə Belarus lideri bildirib.

"Biz heç kimin əlinə baxmırıq, əl açıb subsidiya və kredit dilənən, əvəzində isə öz müstəqil fikrindən və sağlam düşüncədən imtina edən satellit ölkə də deyilik. Ən uzun sərhədimizin və iqtisadi, sosial, mədəni, nəhayət, siyasi baxımdan yüksək qarşılıqlı asılılığımızın olduğu Avropa İttifaqı ilə münasibət bizim üçün çox vacibdir. Bununla belə, strateji müttəfiq və əsas iqtisadi tərəfdaşımız həmişə Rusiya olub, bu belə də qalacaq. Rusiya bizə yad ölkə deyil".

Qeyd edək ki, VI Ümumbelarus Xalq Məclisi cümə axşamı Minskdəki Respublika Sarayında öz işinə başlayıb və iki gün davam edəcək. Tədbirdə 2,7 min nəfər iştirak edir ki, onların da 2,4 mini nümayəndə, 300 nəfəri isə qonaq qismində məclisə qatılıb. Xalq Məclisində Belarusun növbəti beş il üçün sosial-iqtisadi inkişaf proqramı layihəsinin əsas müddəaları müzakirə olunur.

Xəbər lenti
0