CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Enerji doldurmaq üçün yeni mənbə: insan bədəni - FOTO

© Sputnik / Ramil Sitdikov / Mediabanka keçidУчастница во время Московского полумарафона - 2020
Участница во время Московского полумарафона - 2020 - Sputnik Azərbaycan, 1920, 10.02.2021
Abunə olmaq
Qurğu elastikdir, o, əzilərkən öz-özünə düzələ bilir, təkrar emala tam yararlıdır, şəbəkədən qidalanmağa ehtiyacı yoxdur.

BAKI, 10 fevral - Sputnik. Çin və ABŞ-dan olan alimlər insan bədəninin təbii hərarətini elektrik enerjisinə çevirən, bahalı olmayan, eyni zamanda kompakt qurğu icad ediblər. Onu üzük, bilərzik, yaxud bədənə toxunan başqa bir aksessuar kimi gəzdirmək olur. Onun gücü elektron saatları və ya fitnes trekerləri enerji ilə təmin etməyə çatır. 

Sputnik Azərbaycan bildirir ki, qurğu barədə Science Advances jurnalı yazır.

​Qurğu elastikdir, o, əzilərkən öz-özünə düzələ bilir, təkrar emala tam yararlıdır, şəbəkədən qidalanmağa ehtiyacı yoxdur. O, insan istiliyini bioloji akkumulyator qismində istifadə edən miniatür termoelektrik generatordur. 

"Hər dəfə batareyadan istifadə etdikcə siz onu tükədirsiniz və nəhayətdə onu dəyişməyə məcbur olursunuz. Bizim termoelektrik qurğunun bir şeyi yaxşıdır ki, onu daim üstünüzdə gəzdirə bilərsiniz", - tədqiqatın rəhbəri Syao Tszyanlyan deyib.

Qurğu 1 kvadrat santimetr dəri səthindən 1 volt enerji əldə edə bilir. Məsələn, sürətlə yeriyən adam belə bilərzik taxarsa, o, 5 volt cərəyan yarada bilər, bu isə bir çox saatların batareyasından güclüdür.

Xəbər lenti
0