BAKI, 10 fevral — Sputnik. Azərbaycan neftinin qiyməti bahalaşıb.
Sputnik Azərbaycan xəbər verir ki, "Azeri Light" markalı neftin bir barelinin qiyməti 0,58 dollar artaraq 61,69 dollar təşkil edib. Bu, son bir ilin maksimum göstəricisidir.
“Brent” markalı neftin qiyməti 0,03 dollar artaraq 61,12 dollar, “Light” markalı neftin qiyməti isə 0,04 dollar ucuzlaşaraq 58,33 dollar olub.
Qeyd edək ki, "Azeri Light" nefti keçən il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.