CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycan izləyiciləri sosial mediada nə axtarırlar? - ARAŞDIRMA

© Depositphotos.com / RafapressТелефон с открытым приложением Facebook
Телефон с открытым приложением Facebook  - Sputnik Azərbaycan, 1920, 10.02.2021
Abunə olmaq
Həmvətənlərimizin sosial mediada davranışları, nə axtardıqları, ekspertlərin fikrincə, sosial şəbəkələrin əcnəbi seqmentindəki istifadəçilərin maraqlarından xeyli fərqlənir. Sputnik Azərbaycan bu fərqi tapmağa cəhd etdi

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 10 fevral — Sputnik. 21-ci əsrin ən böyük kəşflərindən biri sosial şəbəkələrdir. Həyatımızın böyük bir hissəsini təşkil edən Facebook, Instagram, Tik-tok, Twitter kimi platformalar informasiyanın ani sürətlə yayılmasına xidmət etməklə yanaşı, həm də bir növ kommunikasiya funksiyasını yerinə yetirir. Bəs görəsən, azərbaycanlılar sosial mediadan necə istifadə edirlər? Həyatımızın "olmazsa, olmazı" olan sosial şəbəkələrdə daha çox nələrə baxırlar? Sputnik Azərbaycan olaraq biz də bunu araşdırmaq qərarına gəldik.

Девушка держит смартфон iPhone 6S с WhatsApp на экране  - Sputnik Azərbaycan, 1920, 10.02.2021
WhatsApp on ildən çoxdur gözlənən yeniliyi test edir

Sputnik Azərbaycan-ın Azərbaycan versiyasının sosial media meneceri Abbas Həsənovun sözlərinə görə, sosial mediada son dövrlər daha çox müharibə mövzusu müzakirə olunur: "Xüsusən son dövrləri nəzərə alsaq, müharibə və onun nəticələri, fəsadları ilə bağlı mövzular daha çox oxunur. Bundan əlavə, səhiyyə mövzuları - hansısa dietoloqun və kosmetoloqun məsləhətləri ilə bağlı mövzular insanların diqqətini cəlb edir. Bizim saytlarımızı analiz etsək, görərik ki, "klikbeyt" olan xəbərlər də çox oxunan xəbərlər silsiləsindəndir. Yəni xəbər oxunsun deyə fərqli bir başlıq verirlər. Oxucular xəbəri açıb oxuyanda görürlər ki, başlıqla xəbər arasında böyük bir fərq var. Bu da izləyicilərin qəzəbinə səbəb olur".

Sosial media eksperti Ələsgər Məmmədli də məsələyə münasibətini bildirdi:

"Bizdə xəbər almaq istəyənlər əsasən Facebook-dan istifadə edirlər. Əylənmək və reklam üçün Instagrama baxırlar. Twitterdən isə daha çox siyasi diskussiyalar üçün istifadə olunur. Azərbaycanda Twitter izləyiciləri azdır. Xarici ölkələrdə isə daha çox Twitter-dən istifadə edirlər".

Sputnik Azərbaycan-ın rus versiyasının sosial media meneceri Mehdi Məcidin sözlərinə görə, Azərbaycanda sosial şəbəkədə insanların ən çox diqqətini çəkən mövzular siyasət və şou-bizneslə bağlıdır: "Mediametrics-ə baxsaq, görə bilərik ki, azərbaycanlıların diqqətini ən çox hansısa müğənninin və modelin həyatı, geyimi çəkir. Hansısa maarifləndirici məlumat izləyicilərin diqqətini çəkmir. Çox az insan açıb oxuyacaq. Amma tutaq ki, "Röya soyundu" xəbəri daha çox oxunur. Sanki insanlar kiminsə həyatına burun soxmağa maraqlıdırlar. O saat rəy yazırlar. Məsələn, iki gündür gündəmi zəbt edən məsələ, Gürcüstanda 11 yaşlı uşağın nişanlanması tipli xəbərlər insanları daha çox cəlb edir".

"Azərbaycanlı sosial media izləyicilərini cəlb edən xəbərlərdən biri də hansısa məmurun işdən azad olunmasıdır. Məsələn, ölkə gündəmini son günlər ən çox zəbt edən məsələlərdən biri də Vaqif Mustafayevin vəzifəsindən istefa etməsidir. Hər kəs paylaşdı, hər kəs bu barədə rəy yazdı", - deyə Mehdi Məcid əlavə edib.

Azərbaycanda ən çox izləyicisi olan "Amerikansayağı Bakı" səhifəsinin yaradıcısı Sadiq Fərzəlibəy bildirir ki, sosial şəbəkələrdə bayağı hesab etdiyimiz videolar daha çox baxılır:

Akif dayı - Sputnik Azərbaycan, 1920, 10.02.2021
CƏMİYYƏT
Sosial şəbəkələrdə fotosu yayılan şəxs sığınacağa yerləşməkdən imtina etdi
"Facebook-da daha çox müzakirəyə səbəb ola biləcək mövzular paylaşılır. İnsanlar hər zaman müzakirəyə meyl edirlər. Bu baxımdan Facebook daha əlverişli məkandır. Bir növ gündəm yaradacaq video və fotoları paylaşanda, loru dillə desək, "tutur". Sual xarakterli postlar da insanlara maraqlı gəlir. Çünki insanlar müzakirə təlabatı duyurlar. Instagram-da isə hansısa məşhurun açıq-saçıq fotoları və videoları daha çox izlənilir. Instagramın "kəşf elə" bölməsinə baxsanız, orada ən çox modellərin, hansısa blogerin və ya məşhurun paylaşımını görə bilərsiniz. Twitter-i isə adətən xarici ölkələrə səsimizi çatdırmaq üçün istifadə edirik".

"Bizdə daha çox hansısa bir vəzifəli şəxsi və məşhuru lağ obyektinə çevirirlər. Tutaq ki, hər hansı bir bloger danışdığı zaman hansısa səhvə yol veribsə, ona rişxənd etməyi daha çox sevirlər. Amma bu, xarici ölkələrdə o qədər də xoş qarşılanmır. Əslində, gündəmi səhifələr təyin edir. Onlar kimi lağ obyektinə çevirirsə, o insan artıq gündəm olur".
Xəbər lenti
0