“İranı nüvə sazişi üzrə danışıqlar masasına qaytarmaq üçün ABŞ ilk olaraq sanksiyaları ləğv etməyəcək”. Bunu ABŞ Prezidenti Co Bayden deyib.
Baydenin sanksiyalar barədə fikirlərini Sputnik Azərbaycan-a şərh edən politoloq Ramiyə Məmmədova deyir ki, Bayden əvvəlki açıqlamalarında da İranla bağlı danışarkən münasibətlərin Trampdan əvvəlki dövrə qaytarılmasının zəruriliyini bildirmişdi:
“Amma düşünürəm ki, ABŞ-ın İrana qarşı siyasəti dəyişməz qalacaq. ABŞ İrana qarşı sanksiyaları ləğv etməyəcək, bəlkə də əlavə sanksiyalar da işə salınacaq. Təbii olaraq, bu gün İranla nüvə sazişini yenidən imzalamaq ABŞ-ın xeyrinədir. İranın günü-gündən nüvə tədqiqatlarını genişləndirməsi tək ABŞ üçün deyil, ona müttəfiq olan ölkələrə də təhlükə yaradır. Bayden administrasiyası ABŞ-ın geopolitik maraqlarını həyata keçirmək üçün yeni addımlar atmaqdan çəkinməyəcək”.
Politoloqun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz