SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Fransa səfiri erməni KİV-in məlumatını təkzib etdi

© Sputnik / Murad OrujovПосол Франции в Азербайджане Закари Грос
Посол Франции в Азербайджане Закари Грос - Sputnik Azərbaycan, 1920, 09.02.2021
Abunə olmaq
"Fransa ATƏT-in Ermənistan və Azərbaycana silah ixracına tətbiq etdiyi çoxdankı məhdudiyyət tədbirlərinə hörmət edir".

BAKI, 9 fevral — Sputnik. Fransa ATƏT-in Ermənistan və Azərbaycana silah ixracına tətbiq etdiyi çoxdankı məhdudiyyət tədbirlərinə hörmət edir.

Sputnik Azərbaycan Trend-ə istinadən xəbər verir ki, bunu Fransanın Azərbaycandakı səfiri Zakari Qross bir sıra erməni KİV-lərində Fransa ilə Ermənistan arasında müdafiə sahəsində əməkdaşlığın dərinləşdirilməsi barədə yer alan məlumatları şərh edərkən deyib.

O bildirib ki, qeyd olunan məlumat düzgün deyil və aldadıcıdır:

"Fransa ATƏT-in Ermənistan və Azərbaycana silah ixracına tətbiq etdiyi çoxdankı məhdudiyyət tədbirlərinə hörmət edir. Ermənistan da, Azərbaycan da xarici hərbi məhsul tədarükçülərini müəyyən edib. Bu tədarükçülər hər kəsə məlumdur. Ermənistanın və Azərbaycanın həm də region dövlətləri ilə müdafiə sazişləri mövcuddur. Fransanın nə Ermənistanla, nə də Azərbaycanla bu cür razılaşması yoxdur. Bu, Fransanın regiondakı təhlükəsizliyə qərəzsiz yanaşmasına uyğundur.

Fransa ATƏT-in Minsk qrupunun həmsədri qismində mandatının icra olunmasında tamamilə qərəzsizdir. Fransa Ermənistanla Azərbaycan arasında baş vermiş müharibədən və insan ölümlərindən təəssüflənir və atəşkəs rejiminə ciddi əməl etməyə, dayanıqlı sülhə, barışığa və əməkdaşlığa çağırır".

Xəbər lenti
0