BAKI, 8 fevral - Sputnik. Azərbaycan Ordusunun birlik komandirləri general-leytenant Rövşən Əkbərov və general-mayor Xəqani Cəbrayılov vəzifələrindən azad ediliblər.
Sputnik Azərbaycan APA-ya istinadla xəbər verir ki, bu barədə Müdafiə naziri, general-polkovnik Zakir Həsənov əmr imzalayıb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər. Nazirlikdən bildirilib ki, hər iki general ehtiyata buraxılıb.