Netanyahu yenidən məhkəmə qarşısında

© AFP 2023 / various sources / GALI TIBBON Биньямин Нетаньяху, фото из архива
 Биньямин Нетаньяху, фото из архива - Sputnik Azərbaycan, 1920, 08.02.2021
Abunə olmaq
Netanyahunun vəkilləri iddia edirlər ki, İsrailin Baş prokuroru Avihai Mandelblit dəfələrlə məhkəmə-prosessual qaydalarının pozulması hallarına yol verib.

BAKI, 8 fevral — Sputnik. Qüdsdə yenidən İsrailin Baş naziri Benyamin Netanyahu ilə bağlı məhkəmə prosesi başlayıb. Sputnik Azərbaycan bu barədə "Euronews"- a istinadla xəbər yayıb.

Hazırda Qüds Dairə Məhkəməsi Benyamin Netanyahu ilə bağlı üç işə baxır. Ölkənin Baş naziri onların hər biri üzrə rüşvətxorluqda və vəzifə səlahiyyətlərindən sui-istifadədə təqsirləndirilir.

Qeyd edək ki, baş nazir ilk dəfə məhkəmə zalında keçən ilin may ayında görünüb və yazılı şəkildə bütün ittihamları rədd edib. Netanyahu məhkəməyə çağırılan ilk hökumət başçısıdır, halbuki qanunla onun tabeliyindəki hər hansı bir şəxs belə bu vəziyyətə düşərsə, baş nazir istefa vermək məcburiyyətindədir.

Netanyahunun vəkilləri iddia edirlər ki, İsrailin Baş prokuroru Avihai Mandelblit dəfələrlə məhkəmə-prosessual qaydalarının pozulması hallarına yol verib.

Xatırladaq ki, Netanyahudan əvvəl İsraildə heç kim Nazirlər Kabinetinə bu qədər uzun müddətə –12 il – rəhbərlik etməyib. Bu ilin mart ayında Netanyahu dördüncü dəfə seçkidə iştirak etməyə hazırlaşır. O, vaksinasiya prosesini cəld və effektli şəkildə təşkil etməklə ölkəni pandemiya fəlakətindən qurtardığına görə seçkidə qalib gələcəyini bəyan edib. Netanyahunun rəqibləri isə bu fikirdədirlər ki, əslində, hökumətin pandemiyaya qarşı tədbirləri heç bir effekt verməyib və baş nazir çoxdan istefaya getməli idi.

Xəbər lenti
0