BAKI, 8 fevral - Sputnik. Paytaxt Bakıda xəsarətlə nəticələnən növbəti yol qəzası baş verib.
“Report”un məlumatına görə, hadisə Yasamal rayonunda qeydə alınıb.
İki avtomobilin toqquşması nəticəsində sərnişin, 2003-cü il təvəllüdlü Şahbazov Nəriman Hikmət oğlu bədən xəsarətləri alıb.
Yaralı xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb. Faktla bağlı araşdırma aparılır.