"Fuzuliy tumani": "Wikipedia"da özbək dilində Füzuli rayonu haqqında bölmə yaranıb

© Sputnik / Aleksey Kudenko / Mediabanka keçidDağıdılmış Füzuli şəhərinə mənzərə
Dağıdılmış Füzuli şəhərinə mənzərə - Sputnik Azərbaycan, 1920, 08.02.2021
Abunə olmaq
Bölmədə, həmçinin Füzulidə inşa ediləcək Beynəlxalq Hava Limanı, Füzuli-Şuşa yolunun təməlqoyma mərasimindən də fotoşəkillər yer alıb.

BAKI, 8 fevral — Sputnik. "Wikipedia" Beynəlxalq Elektron Ensiklopediyasında Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə işğaldan azad olunan Füzuli rayonu haqqında özbək dilində bölmə istifadəyə verilib. Sputnik Azərbaycan xəbər verir ki, bölmədə 2 şəhəri, 16 qəsəbəsi, 82 kəndi, 144 min nəfər əhalisi olan Füzuli rayonunun tarixi, mədəniyyəti, iqtisadiyyatı haqqında geniş məlumat verilir.

Əvvəllər Qarabulaq, 1930-cu ildən sonra Karyagin adlanan bölgə 1959-cu ildən Azərbaycanın dahi şairi Məhəmməd Füzulinin anadan olmasının 400 illiyi münasibətilə Füzuli rayonu adlandırılıb.

Rayon ərazisində çoxsaylı tarixi abidələrin olduğu və bu abidələrin Əcəmi Memarlıq Məktəbinin təsiri ilə tikildiyi qeyd olunur.

Füzuli rayonunda XIII əsrə aid Əhmədalı, Argali türbələri, Qarğabazar kəndində XVII əsrə aid karvansara və məscid, XII əsrə aid qəbiristanlıq və Mir Əli türbəsi, XVIII əsrə aid məscid, XIX əsrə aid İmamzadə türbəsi, XIX əsrə aid Qacar, Böyük Pirəhmədli, Merdinli, Saracıq və Gorazilli kəndlərindəki körpülər, XIX əsrə aid "Məşədi Həbib" hamamı, Merdinli kəndi yaxınlığındakı daş at və qoç abidələri rayonun əsas memarlıq abidələri hesab olunur.

Посетительница стоит перед стендом с изображением логотипа онлайн энциклопедии Wikipedia - Sputnik Azərbaycan, 1920, 15.01.2018
"Wikipedia": İnternet ensiklopediyasının yarandığı gün

Bölmədə 1988-ci ildə başlayan erməni təcavüzünə qarşı mübarizədə Füzuli rayonundan olan minlərlə adamın vuruşduğu, yüzlərlə insanın şəhid olduğu qeyd olunur, 51 kənd və rayon mərkəzinin işğalçı Ermənistan silahlı birləşmələri tərəfindən zəbt olunduğu bildirilir. 2020-ci il oktyabrın 17-də Azərbaycan ordusunun apardığı uğurlu əməliyyat nəticəsində rayonun tamamilə erməni işğalından azad edildiyi qeyd olunur.

Orada Azərbaycan Prezidenti İlham Əliyevin Füzulinin azad olunması ilə bağlı xalqa müraciətinə də yer verilib: "Təəssüf ki, Füzulidən əsər-əlamət qalmayıb. 30 il ərzində Füzuli yırtıcı və vəhşilərin əlində idi. Bütün binalarımız, məscidlərimiz, evlər dağıdılıb. Sanki 30 il bu şəhəri vəhşi bir qəbilə zəbt edib. Füzuli şəhərinin qalıqları erməni faşizminin şahididir. Biz Füzulini yenidən abadlaşdırıb, o kəndlərə qayıdacağıq. Biz öz torpaqlarımızı yenidən abad, müasir şəhərə çevirəcəyik. Bu torpaqlara yenidən həyat qayıdacaq".

Bölmədə, həmçinin Füzulidə inşa ediləcək Beynəlxalq Hava Limanı, Füzuli-Şuşa yolunun təməlqoyma mərasimindən də fotoşəkillər yer alıb.

Özbək dilində "Fuzuliy tumani" adlı bölmədə çoxsaylı faktlar, məlumatlar, statistika, fotoşəkillər, xəritələr, ədəbiyyat siyahısı verilib ki, bölməyə mövzu ilə bağlı bir sıra nəşrlərin siyahısı daxil edilib.

Özbək dilində yaradılan Füzuli rayonu haqqında bölmə ilə https://uz.wikipedia.org/wiki/Fuzuliy_tumani linkində tanış olmaq mümkündür.

Xəbər lenti
0