BAKI, 8 fevral — Sputnik. "Ənənəvi tədris forması mərhələli şəkildə bərpa olunur. İlkin mərhələdə bölgələrdəki ümumi təhsil müəssisələrində və uşaq-gənclər inkişaf mərkəzlərində təhsil alan şagirdlərimiz əyani formada dərslərdə iştirak edirlər".
Sputnik Azərbaycan-ın məlumatına görə, bunu təhsil naziri Emin Əmrullayev sosial şəbəkədəki hesabında yazıb.
Nazir qeyd edib ki, sosial məsafəni qorumaq, maska taxmaq və şəxsi gigiyena qaydalarına riayət etmək olduqca zəruridir.