Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan, 1920
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

İnfarktın adətən əhəmiyyət verilməyən simptomu var imiş

CC0 / Engin Akyurt / heart attackинфаркт
инфаркт - Sputnik Azərbaycan, 1920, 07.02.2021
Abunə olmaq
Həkimin sözlərinə əsasən, diş ağrısı daha öncə stomatoloji problemləri olmayan insanlarda xüsusi narahatlıq doğurmalıdır.

BAKI, 7 fevral - Sputnik. Diş ağrısı yaxınlaşan infarktın əlaməti ola bilər. Sputnik Azərbaycan xəbər verir ki, bunu Express portalına həkim-terapevt Alka Patel bildirib.

Onun sözlərinə görə, belə ağrı daha öncə stomatoloji problemləri olmayan insanlarda xüsusi narahatlıq doğurmalıdır.

"Bu, çənə şöbəsi vasitəsilə beyindən ürəyə keçən dolaşan sinirin mövcudluğu ilə bağlıdır", - həkim izah edib.

İnfarkt ürək əzələsinin qan dövranının kəskin çatışmazlığı ilə bağlı ağır patoloji vəziyyətdir.

Xəbər lenti
0