Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Salyanda ana doğuşdan sonra ölüb

© Sputnik / Ilham MustafayevAğstafada təcili tibbi yardım avtomobili çağırış yerinə gedir
Ağstafada təcili tibbi yardım avtomobili çağırış yerinə gedir - Sputnik Azərbaycan, 1920, 07.02.2021
Abunə olmaq
Rayonun Dördlər kənd sakini, 1989-cu il təvəllüdlü Hümmətova Gülnarə Mahir qızı doğuş üçün fevralın 5-də xəstəxanaya daxil olub.

BAKI, 7 fevral - Sputnik. Salyanda doğuşdan sonra ana ölümü baş verib.

“Report”un məlumatına görə, hadisə Salyan Mərkəzi Rayon Xəstəxanasında qeydə alınıb.

Rayonun Dördlər kənd sakini, 1989-cu il təvəllüdlü Hümmətova Gülnarə Mahir qızı doğuş üçün fevralın 5-də xəstəxanaya daxil olub.

Qadının üzərində qeysəriyyə əməliyyatı aparılıb və körpə qız ana bətnindən götürülüb. Lakin G.Hümmətova bu gün səhər saatlarında xəstəxanada dünyasını dəyişib.

Qadının ölüm səbəbi hələlik məlum deyil.

Qeyd edək ki, onun üç azyaşlı uşağı qalıb. Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti
0