Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Ekspert: “Dövlət elə bir şərait qurmaq istəyir ki, geri dönüş də maraqlı olsun”

© Sputnik / Murad OrujovЭксперт в области недвижимого имущества, экономист Эльнур Фарзалиев
Эксперт в области недвижимого имущества, экономист Эльнур Фарзалиев - Sputnik Azərbaycan, 1920, 07.02.2021
Abunə olmaq
Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev deyir ki, məcburi köçkünlərin həmin ərazilərə qayıdıb sıfırdan təsərrüfat fəaliyyəti ilə məşğul olması çətin olacaq
Elnur Fərzəliyev: “Bu təcrübədən artıq bir çox ölkələrdə istifadə edilir”

“İşğaldan azad edilmiş ərazilərdə elə bir infrastruktur qurulmalıdır ki, nəinki yerli əhali, həm də turistləri cəlb edə bilsin”. Bunu Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində keçirilən tədbirdə əmlak məsələləri üzrə ekpsert Elnur Fərzəliyev deyib.

Ekspertin fikrincə, uzun illər ərzində respublikanın digər şəhərlərində, xüsusən də Bakıda məskunlaşmış məcburi köçkünlərin həmin ərazilərə qayıdıb sıfırdan təsərrüfat fəaliyyəti ilə məşğul olması çətin olacaq:

“Bu baxımdan azad edilmiş ərazilərdə ağıllı kənd və şəhərlərin qurulması nəzərdə tutulur. Bu təcrübədən artıq bir çox ölkələrdə istifadə edilir. İnsanların kənd yerlərində yaşamağa marağının artırılması və təsərrüfat fəaliyyətinə başlayıb yaxşı nəticələr alması üçün bu, əlverişli bir seçim kimi dəyərləndirilir. Dövlət məcburi köçkünlərə azad edilmiş ərazilərdə elə bir şərait qurmaq istəyir ki, geri dönüş onlar üçün də maraqlı olsun”.  

Qeyd edək ki, Prezident İlham Əliyev bir neçə gün əvvəl yeni nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirini qəbul edərkən azad edilmiş ərazilərin “smart city” və “smart village” konsepsiyası əsasında bərpa edilməli olduğunu deyib.

Ekspertin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

 

Xəbər lenti
0