CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Pandemiya qaydalarına əməl etməyən müəssisə bağlandı

© REUTERS / Edgar SuРесторан, фото из архива
Ресторан, фото из архива - Sputnik Azərbaycan, 1920, 06.02.2021
Abunə olmaq
AQTA əməkdaşları Oğuz rayonu, Yaqublu kəndində fəaliyyət göstərən İsayev Şiraslan Cəlil oğluna məxsus kafedə reyd keçiriblər.

BAKI, 6 fevral — Sputnik. Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədilə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ictimai iaşə obyektlərində reydlər davam etdirilir. Sputnik Azərbaycan-ın məlumatına görə, AQTA əməkdaşları Oğuz rayonu, Yaqublu kəndində fəaliyyət göstərən İsayev Şiraslan Cəlil oğluna məxsus kafedə reyd keçiriblər.

Reyd zamanı Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin tələblərindən irəli gələn qaydalara əməl olunmaması və tələblərin kobud şəkildə pozulması faktları aşkarlanıb. Məlum olub ki, ictimai iaşə müəssisəsi qida təhlükəsizliyi qeydiyyatına alınmadan qanunsuz olaraq fəaliyyət göstərir. Aşkarlanmış faktlarla bağlı sahibkarlıq subyekti barədə qanunvericiliyin tələbləri çərçivəsində inzibati tədbirlər görülüb, müəssisənin fəaliyyəti məhdudlaşdırılıb.

Qeyd edək ki, AQTA tərəfindən ölkə üzrə fəaliyyət göstərən ictimai iaşə obyektlərində yoxlama-nəzarət tədbirlərini davam etdirilir və Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərə əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcək.

Xəbər lenti
0