CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sovet dövründə belə deyildi - Mərkəz rəhbərini kafelər niyə məyus edib?

© © AR Ministry of EconomyВ одном из кафе Баку, фото из архива
В одном из кафе Баку, фото из архива - Sputnik Azərbaycan, 1920, 06.02.2021
Abunə olmaq
"Kafe-restoranlar bəzən özəl dezinfeksiya şirkətləri ilə müqavilə bağlasalar da, həmin şirkətlərin  hansı dezinfeksiyaedici məhlullardan istifadə etdikləri bəlli deyil".

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 6 fevral — Sputnik. Pandemiya dövründə kafe və restoranların dezinfeksiyası vacib olsa da, onların heç biri indiyədək Bakı Şəhər Dezinfeksiya Mərkəzi ilə müqavilə bağlamayıb. Bakı Şəhər Dezinfeksiya Mərkəzinin rəhbəri Akif Məmmədov Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, kafe və restoranlardan dezinfeksiya üçün onlara müraciət daxil olmayıb. Onun sözlərinə görə, əslində kafe və restoranlar ən çox dezinfeksiyaya ehtiyac olan məkanlardır:

"Çünki belə yerlərdə insanlar qapalı şəkildə bir müddət oturur, yemək yeyirlər. Ona görə də kafe və restoranların dezinfeksiyası şərtdir. Bununla belə, restoranlar dezinfeksiya etməkdə maraqlı deyillər. Çünki dezinfeksiya edilən məkan ən azı axşam saatlarına qədər bağlı saxlanılmalıdır. Restoranlar isə gəlirlərini itirməmək üçün dezinfeksiya etmirlər”.

A.Məmmədov bildirib ki, kafe-restoranlar bəzən özəl dezinfeksiya şirkətləri ilə müqavilə bağlayır. Amma həmin şirkətlərin sayı pandemiyada dezinfeksiyaya tələbdən dolayı artsa da, hansı dezinfeksiyaedici məhlullardan istifadə etdikləri bəlli deyil: "Dezinfeksiyaya tələbat bu işlə məşğul olan şirkətlərin də sayını artırıb. Amma onların dezinfeksiya üçün keyfiyyətli dezinfeksiyaedici məhlullardan istifadə edib-etmədiyi məlum deyil".

Mərkəz rəhbəri deyir ki, əslində belə məkanlar ayda bir dəfə dezinfeksiya olunmalıdır: “Sovet dövründə sanitar günləri var idi. Həmin günlər ayda bir dəfə keçirilirdi. Belə qapalı məkanlarda dezinfeksiya işləri aparılırdı. Çox təəssüf ki, bu ənənə elə sovet dövründə qaldı. Restoranlarda qab-qacaqlar xlorlu su ilə yuyulmalı, hər gün belə dezinfeksiya edilməlidir. Amma bütün kafe və restoranlar bu qaydaya da əməl etmirlər. Bu günədək bizə heç bir müraciət bu tip iaşə obyektlərindən daxil olmayıb".

Xəbər lenti
0