BAKI, 6 fevral — Sputnik. İranda 4,7 bal gücündə zəlzələ baş verib.
Sputnik Azərbaycan İranın "Mehr" xəbər agentliyinə istinadla xəbər verir ki, bu barədə Tehran Universitetinin Seysmologiya Mərkəzi açıqlama yayıb.
Məlumata görə, zəlzələ Kirman əyalətində yerləşən Raver şəhərində baş verib. Zəlzələ yerli vaxtla 02.16-da qeydə alınıb.
Xəbər verdiyimiz kimi, dünən axşam saatlarında Ermənistan ərazisində, Göyçə gölünün yanında 5,2 bal gücündə zəlzələ qeydə alınıb. Zəlzələ Azərbaycanın sərhəd rayonlarında - Qazax, Tovuz, Gədəbəy, Gəncədə 5-4 bal, digər rayonlarda isə 4-3 bala qədər hiss olunub.