BAKI, 6 fevral — Sputnik. Azərbaycanda yeni investorların cəlb edilməsi məqsədilə bərpaolunan enerji hərraclarının keçirilməsi planlaşdırılır.
Sputnik Azərbaycan Energetika Nazirliyinə istinadla xəbər verir ki, bərpaolunan enerji hərraclarının layihələndirilməsi və icrası üzrə Avropa Yenidənqurma və İnkişaf Bankı ilə əməkdaşlıq çərçivəsində hərrac qaydaları və digər hüquqi sənədlər hazırlanıb və qarşıdakı dövrdə yeni investorların cəlb edilməsi məqsədilə hərracların təşkili planlaşdırılır.
Eyni zamanda, Asiya İnkişaf Bankı da gələcəkdə hərracların keçirilməsinə dəstəyini verə biləcəyini ifadə edib və bu istiqamətdə müzakirələr aparılır.