Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Azərbaycan Dünya Bankı ilə memorandum imzalayacaq

© AFP 2024 / Brendan SMIALOWSKIШтаб-квартира Всемирного банка в Вашингтоне, фото из архива
Штаб-квартира Всемирного банка в Вашингтоне, фото из архива - Sputnik Azərbaycan, 1920, 06.02.2021
Abunə olmaq
Xəzər dənizində və sahilyanı ərazilərdə külək enerjisinin potensialının öyrənilməsi məqsədilə Energetika Nazirliyi Dünya Bankı Qrupuna daxil olan Beynəlxalq Maliyyə Korporasiyası ilə əməkdaşlıq edir

 

BAKI, 6 fevral — Sputnik. Azərbaycan Dünya Bankı ilə Xəzərdə külək enerjisindən istifadə sahəsində əməkdaşlığa dair anlaşma memorandumu imzalayacaq.

Sputnik Azərbaycan Energetika Nazirliyinə istinadla xəbər verir ki, Xəzər dənizində və sahilyanı ərazilərdə külək enerjisinin potensialının öyrənilməsi məqsədilə nazirlik Dünya Bankı Qrupuna daxil olan Beynəlxalq Maliyyə Korporasiyası ilə "Azərbaycanda dənizdə külək enerjisindən istifadənin inkişafı üzrə Yol Xəritəsi"nin hazırlanması istiqamətində əməkdaşlıq edir.

"Azərbaycanda dənizdə külək enerjisindən istifadənin inkişafı üzrə Yol Xəritəsi"nin hazırlanması prosesi coğrafi məkan xəritələrinin tərtib olunması, zonaların müəyyənləşdirilməsi, iqtisadi, maliyyə, ekoloji və sosial aspektlərdə təhlillərin aparılması, təsirlərin qiymətləndirilməsi, icazə və razılıqların verilməsi, normativ hüquqi bazanın təkmilləşdirilməsi, ötürücü şəbəkənin yenidən qurulması, təchizat zəncirinin öyrənilməsi kimi məsələləri əhatə edəcək.

"Azərbaycan Respublikasının Energetika Nazirliyi və Dünya Bankı Qrupu arasında dənizdə külək enerjisindən istifadə sahəsində əməkdaşlığa dair anlaşma memorandumu"nun imzalanması nəzərdə tutulur.

Xəbər lenti
0