Xunta ölkəni "qapayır": öncə interneti kəsirlər

© REUTERS / STRINGERСитуация в Мьянме
Ситуация в Мьянме - Sputnik Azərbaycan, 1920, 06.02.2021
Abunə olmaq
Myanmar hökuməti telekommunikasiya şirkətlərinə ölkə ərazisində internetin məhdudlaşdırılması təlimatını verib.

BAKI, 6 fevral — Sputnik. Myanmarda baş verən hərbi çevrilişdən sonra xunta rejimi etirazların davam etdiyi bir vaxtda mobil interneti məhdudlaşdırıb. Sputnik Azərbaycan bu barədə xarici mediaya istinadən xəbər verir.

Norveçin Telenor şirkətinin Myanmar bürosu açıqlamasında bildirib ki, Myanmar hökuməti telekommunikasiya şirkətlərinə ölkə ərazisində internetin məhdudlaşdırılması təlimatını verib. Belə bir göstərişin verilməsinə səbəb kimi, ictimai maraqların qorunması və ölkədə baş verənlərlə bağlı yalan xəbərlərin yayılmasının qarşısını almaq olduğu bildirilib.

Qeyd edək ki, Myanmarda fevralın birində hərbi çevriliş baş verib. Ölkə ərazisində hərbi çevrilişə etiraz olaraq kütləvi aksiyalar keçirilir.

Xəbər lenti
0