Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan, 1920
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Nəhayət, ÜST-dən də bir xoş söz eşitdik

© AFP 2024 / FABRICE COFFRINIШтаб-квартира Всемирной организации здравоохранения (ВОЗ) в Женеве, фото из архива
Штаб-квартира Всемирной организации здравоохранения (ВОЗ) в Женеве, фото из архива  - Sputnik Azərbaycan, 1920, 06.02.2021
Abunə olmaq
"Bir tərəfdən, bu, yaxşı xəbərdir və bu qədər qısa zaman ərzində əla nailiyyətdir" - Tedros Adhanom Gebreyesus

BAKI, 6 fevral - Sputnik. Dünyada koronavirusa yoluxma tempi azalır. Sputnik Azərbaycan bildirir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının eksperti Mariya Kerkhoven brifinq zamanı deyib. 

"Yaxşı bir faktı qeyd etmək istəyirəm ki, bir sıra ölkələrdə yoluxma halları azalır", - o deyib. 

Вакцинация от коронавируса в Азербайджане - Sputnik Azərbaycan, 1920, 03.02.2021
SƏHİYYƏ
Vaksinin ikinci dozasından sonra yoluxma: Buna da bazar qərar verir?

ÜST ekspertinin sözlərinə görə, buna ilk növbədə virusun yayılma zəncirini qıran tədbirlərin görülməsi nəticəsində nail olunub. Koronavirusa qarşı digər, "inanılmaz güclü alət" kimi Kerkhoven vaksinasiyanı göstərib. 

Eyni zamanda ekspert yoluxmanın azaldığı ölkələrdə pandemiya ilə mübarizə tədbirlərini davam etdirməyi məsləhət görüb. 

Bundan öncə ÜST-ün baş direktoru Tedros Adhanom Gebreyesus brifinqdə demişdi ki, COVID-19 əleyhinə vaksini alan insanların sayı artıq bu xəstəliyə yoluxanlardan çoxdur: "Bir tərəfdən, bu, yaxşı xəbərdir və bu qədər qısa zaman ərzində əla nailiyyətdir. Digər tərəfdən, vaksinasiyanın dörddə üçü dünya ÜDM-nin 60%-nin cəmləndiyi cəmi 10 ölkənin payına düşür". 

Gebreyesus əhalinin daha çox ehtiyacı olan qruplarını və tibb işçilərini peyvəndləmiş ölkələri kütləvi vaksinasiyanı davam etdirmədən öncə əllərində olan artıq vaksini digər ölkələrlə də bölüşməyə çağırıb.

Xəbər lenti
0