Emin Babayev, Sputnik Azərbaycan
BAKI, 6 fevral — Sputnik. "Bu gün burada olmağı, təbiətin gözəlliyinə rəğmən, xoş anlar adlandırmaq çətindir. Bu səhnələr mənə 30 il əvvəl öz ölkəmdə yaşananları xatırladır".
Sputnik Azərbaycan bildirir ki, bu sözləri diplomatik korpusun nümayəndələri ilə birlikdə Cəbrayıla səfəri zamanı Xorvatiyanın Azərbaycandakı səfiri Franko Zeviç deyib.
"Gördüklərimiz çox qəmlidir, xüsusilə qəbirlərin tamamilə dağıdılması ağrılıdır. Bütün bunlar bizə onu öyrədir ki, bu cür hadisələr heç vaxt və heç yerdə təkrarlanmamalıdır", - səfir əlavə edib.
Qeyd edək ki, bu gün Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri işğaldan azad edilmiş Cəbrayıl və Zəngilan bölgəsinə yollanıblar.