BAKI, 6 fevral - Sputnik. Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri işğaldan azad edilmiş Cəbrayıl və Zəngilan bölgəsinə yollanıblar.
Sputnik Azərbaycan bildirir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Twitter hesabında məlumat verib.
Upon the instruction of President Ilham Aliyev jointly with @AzerbaijanMFA we are on the way to visit libarated Jabrayil and Zangilan regions of Azerbaijan with diplomatic corps- Ambassadors, military attaches and Heads of International Organizations accredited in Azerbaijan.
— Hikmet Hajiyev (@HikmetHajiyev) February 6, 2021
"Prezident İlham Əliyevin göstərişi ilə Azərbaycanda akkreditə olunmuş səfirlər, hərbi attaşelər və beynəlxalq təşkilatların rəhbərləri ilə birlikdə işğaldan azad edilmiş Cəbrayıl və Zəngilan bölgələrini ziyarət etmək üçün yola çıxmışıq”, - H.Hacıyev yazıb.