CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Mən orada ağladım" - Diplomatik korpusun Cəbrayıla səfəri - FOTO

© Sputnik / Emin BabayevDiplomatik koruöusun nümayəndələri Cəbrayılda
Diplomatik koruöusun nümayəndələri Cəbrayılda - Sputnik Azərbaycan, 1920, 06.02.2021
Abunə olmaq
"Heç kəs bu dərəcədə dağıntını təsəvvür edə bilmir. Səfirlər bu dağıntının nə məqsədlə törədildiyini başa düşə bilmirlər"

BAKI, 6 fevral — Sputnik. “Azərbaycan Prezidenti tərəfindən tapşırıq verilmişdi ki, işğaldan azad olunmuş ərazilərə diplomatik korpus nümayəndələrinin, xarici jurnalistlərin səfərləri təşkil olunsun. Beləliklə, onlar öz gözləri ilə işğaldan azad olunan ərazilərimizdə törədilmiş bu vəhşilikləri görsünlər. Bundan əvvəl Füzuli və Ağdam şəhərlərinə bu qəbildən səfərlər təşkil olunmuşdu”.

Sputnik Azərbaycan bildirir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev diplomatik korpus nümayəndələrinin Cəbrayıl rayonundakı Xudafərin körpüsünə səfəri zamanı jurnalistlərə açıqlamasında deyib.

© Sputnik / Emin BabayevAzərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev
Mən orada ağladım - Diplomatik korpusun Cəbrayıla səfəri - FOTO - Sputnik Azərbaycan, 1920, 06.02.2021
Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev

H.Hacıyev qeyd edib ki, Cəbrayıl və Zəngilana səfərlərinin Cocuq Mərcanlıdan başlanmasının rəmzi mənası var: "Çünki Cocuq Mərcanlıda 2016-cı ilin aprel döyüşlərindən sonra böyük quruculuq işləri aparılıb, bu isə Azərbaycan üçün qayıdışın bir nümunəsi idi. Oradan başlayaraq biz Cəbrayıla gəldik və şəhərin mərkəzi hissəsində dağıntıları diplomatik korpus nümayəndələri öz gözləri ilə gördülər, Füzuli və Ağdamda olduğu kimi, erməni vəhşiliyinin şahidi oldular. Sonra səfərin davamı olaraq Xudafərin körpüsünə gəldik".

“Prezident İlham Əliyev tərəfindən İran-Azərbaycan sərhədi “dostluq sərhədi” adlandırılıb. Bu sərhədin tam nəzarətə götürülməsi qonşu ölkələr olan İran və Azərbaycan əlaqələrinə də öz töhfəsini verəcək", - deyən H.Hacıyev Zəngilana, xüsusilə də Mincivan qəsəbəsinə də baş çəkəcəklərini bildirib.

Onun sözlərinə görə, səfərlərin əsas mahiyyəti ermənilərin işğal olunmuş Azərbaycan torpaqlarındakı vəhşiliklərini, vandalizmini diplomatik korpus nümayəndələrinin öz gözləri ilə görməsidir:

"Ermənistan illər ərzində özünü sivil xalq adlandırıb, lakin bu dağıntılar onların əsl mahiyyətini göstərir. Bu, işğal siyasəti, neokolonizmlə müqayisə oluna biləcək bir vəhşilikdir. Azərbaycan xalqına aid nə vardısa, hamısı dağıdılıb".

H. Hacıyev deyib ki, bu səfərdə iştirak edənlərin bir qismi münaqişə zonalarında müxbir, fotoqraf kimi xidmət ediblər: "Dünyanın başqa münaqişə zonalarında qəbristanlıqların dağıdılmasına nadir hallarda rast gəlinir. Görün, bu, vandalizmin hansı bir nümunəsidir ki, qəbirlər, içindəki sümüklər belə dağıdılıb, ətrafa səpilib. Biz bunu Cəbrayılda gördük. Heç kəs bu dərəcədə dağıntını təsəvvür edə bilmir. Səfirlər bu dağıntının nə məqsədlə törədildiyini başa düşə bilmirlər".

“Bu gün mənim üçün xüsusi bir gündür. Azərbaycanlı dostlarımız bu səfəri təşkil etdilər və biz gəlib bu gözəl yerləri gördük. Bu gözəl yerlər işğaldan azad olunmuş torpaqlardır. Biz çox şadıq. Amma Cəbrayılda gördüyümüz mənzərə çox dəhşətli idi”.

Bunu diplomatik korpusun nümayəndələrinin Cəbrayıl və Zəngilana səfəri zamanı Əfqanıstanın Azərbaycandakı səfiri Amanullah Ceyhun bildirib.

© Sputnik / Emin BabayevƏfqanıstanın Azərbaycandakı səfiri Amanullah Ceyhun
Mən orada ağladım - Diplomatik korpusun Cəbrayıla səfəri - FOTO - Sputnik Azərbaycan, 1920, 06.02.2021
Əfqanıstanın Azərbaycandakı səfiri Amanullah Ceyhun
"Burada məzarları qazıblar. Mən orada ağladım. Bu məzarlıqları görmək kiməsə təsir etmirsə, mən bilmirəm, o insanların vicdanı necədir. Qəbirləri qazıb meyitləri çıxarıblar, bu, insanlıqdan kənar bir hadisədir”.

Fələstinin Azərbaycandakı səfiri Nasir Əbdülkərim Əbdürrəhman Prezident İlham Əliyevə, Azərbaycan hökumətinə, Xarici İşlər Nazirliyinə səfəri təşkil etdiklərinə, onlara Azərbaycan torpaqları olan Cəbrayıl və Zəngilanı görməyə imkan yaratdıqlarına görə təşəkkür edib.

© Sputnik / Emin BabayevFələstinin Azərbaycandakı səfiri Nasir Əbdülkərim Əbdürrəhman
Mən orada ağladım - Diplomatik korpusun Cəbrayıla səfəri - FOTO - Sputnik Azərbaycan, 1920, 06.02.2021
Fələstinin Azərbaycandakı səfiri Nasir Əbdülkərim Əbdürrəhman

O, Azərbaycanın BMT qətnamələrinə və beynəlxalq hüquqa müvafiq olaraq ərazi bütövlüyünü bərpa etməklə yeni səhifə açdığını, bunun ölkəmizə sülh və inkişaf gətirəcəyinə ümid etdiyini bildirib. Cəbrayılda gördüklərini isə səfir "ürəkparçalayan mənzərə" adlandırıb: "Heç kəs belə bir müharibədən keçməməli, bu travmanı yaşamamalı, şəhərlərinin bu cür məhv edildiyini görməməlidir".

Liviyanın Azərbaycandakı müvəqqəti işlər vəkili Əşrəf Adəm torpaqların gerçək sahibinə qayıtdığına görə sevindiyini bildirib.

© Sputnik / Emin BabayevLiviyanın Azərbaycandakı müvəqqəti işlər vəkili Əşrəf Adəm 
Mən orada ağladım - Diplomatik korpusun Cəbrayıla səfəri - FOTO - Sputnik Azərbaycan, 1920, 06.02.2021
Liviyanın Azərbaycandakı müvəqqəti işlər vəkili Əşrəf Adəm 

Ermənistan işğalından azad olunan torpaqlarda gördüyü dağıntılardan təsirləndiyini söyləyən diplomat yüz ildən də artıq yaşı olan qəbirlərin, evlərin darmadağın edilməsini ermənilərin insanlığa sığmayan hərəkətlərinin sübutu olduğunu bildirib. O, bir daha Qələbə münasibəti ilə Azərbaycanı və onun Prezidentini təbrik edib, bunun bütün dünyanın qalibiyyəti olduğunu, Liviyanın bir dövlət olaraq Azərbaycanın yanında olduğunu deyib: "İnşallah, bura turizm cənnəti olacaq, uğurlar arzulayıram", - deyə səfir fikirlərini tamamlayıb.

Xəbər lenti
0