COVID-19-un ən aşağı göstəriciləri olan qitədə ölənlərin sayı 94 minə çatdı

© AP Photo / Sunday AlambaСитуация в связи с эпидемиологической обстановкой в Нигерии, фото из архива
Ситуация в связи с эпидемиологической обстановкой в Нигерии, фото из архива - Sputnik Azərbaycan, 1920, 06.02.2021
Abunə olmaq
Vaksin və İmmunizasiya üzrə Qlobal Alyansın (GAVI) yaydığı açıqlamada bildirilib ki, COVAX proqramı çərçivəsində bu ilin birinci yarısında qitənin bütün ölkələrinə vaksinlər çatdırılacaq

BAKI, 6 fevral — Sputnik. COVID-19 statistikasının anbaan göstərildiyi “Worldometers” saytında yayılan məlumata görə, Afrika qitəsində COVID-19-a yoluxanların sayı 3,7 milyona çatıb. 

Sputnik Azərbaycan məlumat verir ki, virusa yoluxan şəxslərin 3,2 milyonu sağalsa da, 94 min insan COVID-19-un qurbanına çevrilib. Cənubi Afrika Respublikası, Fəs, Tunis, Misir və Efiopiya qitədə ən çox xəstəlik aşkarlanan ölkələrdir. Vaksin və İmmunizasiya üzrə Qlobal Alyansın (GAVI) yaydığı açıqlamada bildirilib ki,  COVAX proqramı çərçivəsində bu ilin birinci yarısında bütün Afrika ölkələrinə vaksinlər çatdırılacaq.

Xəbər lenti
0