"Ağzından qaçıracaq" - Baydenin Trampla bağlı narahatlığı

© AP Photo / Carolyn KasterДжо Байден, фото из архива
Джо Байден, фото из архива - Sputnik Azərbaycan, 1920, 06.02.2021
Abunə olmaq
ABŞ Prezidenti CO Bayden CBS kanalına müsahibəsində Trampın daha bir hüququnu məhdudlaşdırmağı təklif edib və əlavə edib ki, onun davranışlarındə ölçü həddi yoxdur

BAKI, 6 fevral - Sputnik. ABŞ Prezidenti Co Bayden keçmiş dövlət başçısı Donald Trampı gizli məlumatlardan agah etməməyi təklif edib. 

Sputnik Azərbaycan bildirir ki, bu barədə RİA Novosti yazır. 

Baydenin fikrincə, onun sələfi üçün gizli brifinqlər keçirməyə lüzum yoxdur. "Onun üçün gizli brinfinqlər təşkil etməyin nə dəyəri var? O, ağzından bir söz qaçırmasa, yaxud nəsə deməsə, bunun nə təsiri olacaq ki?" - ABŞ Prezidenti CBS kanalına müsahibəsində deyib. O, həmçinin Trampın davranışlarının nataraz olduğunu da əlavə edib. 

ABŞ-ın sabiq prezidentlərinin ənənəvi olaraq kəşfiyyatın ölkənin fəaliyyətdə olan prezidentləri üçün keçirdiyi brifinqin eynisini tələb etmək hüquqları var.

Xəbər lenti
0