CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Pensiyaçıların sosial müdafiəsini gücləndirmək barədə qərar verildi

© Official website of President of Azerbaijan RepublicПрезидент Азербайджана Ильхам Алиев, фото из архива
Президент Азербайджана Ильхам Алиев, фото из архива - Sputnik Azərbaycan, 1920, 05.02.2021
Abunə olmaq
Prezident İlham Əliyev Sərəncamdan irəli gələn məsələlərin həlli üçün Nazirlər Kabinetinə tapşırıq verib.

BAKI,  5 fevral - Sputnik. Prezident İlham Əliyev pensiyaçıların sosial müdafiəsini gücləndirmək məqsədilə “Əmək pensiyalarının indeksləşdirilməsi haqqında” Sərəncam imzalayıb.

Sputnik Azərbaycan xəbər verir ki, Sərəncama əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 2021-ci il 1 yanvar tarixinə 2020-ci il üzrə Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin müəyyən etdiyi orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq 2021-ci il 1 yanvar tarixinədək təyin edilmiş bütün növ əmək pensiyalarının sığorta hissəsinin və istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq fərdi uçot sistemində fərdi hesabların sığorta hissəsində 2021-ci il 1 yanvar tarixinədək qeydə alınmış pensiya kapitalı məbləğlərinin indeksləşdirilməsini həyata keçirmək tapşırılıb.

Sərəncamdan irəli gələn məsələlərin həlli üçün Nazirlər Kabinetinə də tapşırıq verilib.

Xəbər lenti
0