Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Nazir: Büdcədən maliyyələşən təşkilatlar lüzumsuz ştatların artırılmasından çəkinməlidir

© Sputnik / Murad OrujovМинистр финансов Самир Шарифов
Министр финансов Самир Шарифов - Sputnik Azərbaycan, 1920, 05.02.2021
Abunə olmaq
Maliyyə yardımı alan təşkilatlar bir sıra cari xərclər üzrə proqnozlaşdırma, həm də icra zamanı gərəksiz və izafi xərclərdən imtina etməlidirlər

BAKI, 5 fevral - Sputnik. “2020-ci ilin yekunlarına həsr olunmuş müşavirədə Prezident İlham Əliyevin xərclərə nəzarətin daha da gücləndirilməsi, xüsusilə dövlət xətti ilə alınan mallara ciddi nəzarət olunması ilə bağlı tapşırıqları cari ildə fəaliyyətimizdə əldə rəhbər tutacağımız ən vacib istiqamətlərdən biri olacaq”.

APA-nın xəbərinə görə, bunu maliyyə naziri Samir Şərifov deyib.

“İlk növbədə büdcədən maliyyələşən və maliyyə yardımı alan təşkilatlar lüzumsuz ştatların artırılmasından çəkinməli, uzun müddət üçün istifadəyə hesablanan əsas vəsaitlərin, o cümlədən inventar, avadanlıq, nəqliyyat vasitələri alışları, həmçinin bir sıra cari xərclər, o cümlədən ezamiyyə, dəftərxana, təsərrüfat, nəqliyyat vasitələrinin xidmətləri xərcləri və digər xidmət və alışlar üzrə proqnozlaşdırma, həm də icra zamanı gərəksiz və izafi xərclərdən imtina etməlidirlər”, - deyə nazir vurğulayıb.

Xəbər lenti
0