Keçmiş nazir fermerlik edir: Ziya Məmmədov əkinçilik və maldarlıqla məşğul olduğunu deyib

© Photo : APAБывший министр транспорта Азербайджана Зия Мамедов, фото из архива
Бывший министр транспорта Азербайджана Зия Мамедов, фото из архива - Sputnik Azərbaycan, 1920, 05.02.2021
Abunə olmaq
Keçmiş Nəqliyyat naziri: "Rayonda arpa, buğda, yonca əkirəm. Mal-qaram var, dolanmaq lazımdır. İndiki dövrdə dolanmaq asan deyil".

BAKI, 5 fevral - Sputnik. Sabiq Nəqliyyat naziri Ziya Məmmədov hazırda kənd təsərrüfatı işləri ilə məşğul olur. 

Sputnik Azərbaycan xəbər verir ki, bunu sabiq nazir özü Unikal-a deyib: 

"Mən Ucardakı evimdəyəm, kənd təsərrüfatı ilə məşğulam, əkib-becərirəm. Artıq mənim başqa fəaliyyət növüm yoxdur. Rayonda arpa, buğda, yonca əkirəm. Mal-qaram var, dolanmaq lazımdır. İndiki dövrdə dolanmaq asan deyil. Təsərrüfatımda insanlar işləyir. Bu həmin ərazidə yaşayan insanların işlə təmin olunmasına dəstəkdir. Mən təbiətcə bekar qalmağı xoşlayan adam deyiləm. İşləmək istəyən insanlar üçün gözəl şərait qurulub. Cənab prezidentə bu cür şərait qurduğuna görə təşəkkür edirəm".

Xatırladaq ki, Ziya Məmmədov Azərbaycan Respublikası Prezidentinin 8 avqust 2002-cı il tarixli 750 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Nəqliyyat naziri vəzifəsinə təyin edilib.

2017-ci ilin fevral ayında Prezident İlham Əliyevin Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yaradılması haqqında imzaladığı sərəncamla Nəqliyyat naziri Ziya Məmmədov vəzifəsini itirib. Yeni yaradılan nazirliyə isə Ramin Namiq oğlu Quluzadə təyin edilib.

Xəbər lenti
0