CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Gecə adrenalini: Sumqayıtda əmrə tabe olmayan avtobus olay yaratdı - YENİLƏNİB - VİDEO

© Sputnik / Irade JELILYol Patrul Xidmətinin maşını gecə reydi zamanı
Yol Patrul Xidmətinin maşını gecə reydi zamanı - Sputnik Azərbaycan, 1920, 05.02.2021
Abunə olmaq
Sosial şəbəkə istifadəçiləri avtobusun Bakı-Sumqayıt marşrutu üzrə işlədiyini, içində sürücü və pulyığandan başqa heç kim olmadığını, hətta onların sərxoş olduqlarından polisdən qaçdıqlarını yazırlar

BAKI, 5 fevral - Sputnik. Bakı Nəqliyyat Agentliyi Sumqayıtdakı avtobusla xuliqanlıq olayına aydınlıq gətirib. 

Sputnik Azərbaycan bildirir ki, BNA-nın mətbuat katibi Mais Ağayev bununla bağlı məlumat yayıb: "Məlum olduğu kimi, 04.02.2021 tarixində axşam saatlarında Sumqayıt şəhərində sərnişin avtobusunun sürücüsünün avtoxuliqanlıq etməsinə dair fakt qeydə alınıb.
Bəzi xəbər saytlarında və sosial şəbəkə hesablarında avtobusun Bakı Nəqliyyat Agentliyinə məxsus olması barədə həqiqətə uyğun olmayan informasiyalar yayılıb.
Məlumat üçün bildiririk ki, avtoxuliqanlıq halı qeydə alınan nəqliyyat vasitəsi “Xaliq Faiqoğlu” MMC-yə aiddir. 10 TG 816 Dövlət Qeydiyyat Nişanlı avtobus 114 nömrəli müntəzəm xətt üzrə istismardadır.
Hazırda fakt üzrə hərtərəfli araşdırma aparılır. Xətt üzrə daşıyıcı “Xaliq Faiqoğlu” MMC-nin məsul şəxsləri Agentliyə çağırılıblar. Məsələ ilə bağlı ictimaiyyətə ətraflı məlumat veriləcək".

----------

00:18

Sosial şəbəkələrin Azərbaycan seqmenti hazırda "Sumqayıtda avtobusun qaçırılması" xəbərini müzakirə edir. 

Sputnik Azərbaycan bildirir ki, şəhərə aid bağlı qruplarda paylaşılan videolarda uzun, ağ rəngli sərnişin avtobusunun polislərin "dur!" əmrinə tabe olmayaraq sürətlə şütüdüyü, onadək polis avtomobilinin onu təqib etdiyi görünür.

Hələlik rəsmi məlumat olmasa da, sosial şəbəkə istifadəçiləri avtobusun Bakı-Sumqayıt marşrutu üzrə işlədiyini, içində sürücü və pulyığandan başqa heç kim olmadığını, hətta onların sərxoş olduqlarından polisdən qaçdıqlarını yazırlar. İlkin məlumatlar isə daha vahiməli idi: guya avtobusda məhkum varmış və bu səbəbdən qaçırılıbmış.

Bildirilir ki, polislər avtobusu dayandıraraq sürücünü yaxalaya biliblər.

Xəbər lenti
0