Amerika miqrant limitini artırır

© AFP 2024 / GUILLERMO ARIASABŞ-Mekxika sərhəddində miqrantlar, 12 noyabr 2017-ci il
ABŞ-Mekxika sərhəddində miqrantlar, 12 noyabr 2017-ci il - Sputnik Azərbaycan, 1920, 05.02.2021
Abunə olmaq
ABŞ-ın sabiq prezidenti Donald Trampın vaxtında ABŞ, demək olar ki, qaçqınları qəbul etmirdi. 2021-ci il üçün qoyulmuş limit 15 min nəfər idi.

BAKI, 5 fevral - Sputnik. ABŞ qaçqınların qəbuluna qoyduğu limiti ildə 125 minədək artırıb. 

Sputnik Azərbaycan bildirir ki, bunu ABŞ-ın yeni seçilmiş Prezidenti Cozef Bayden deyib. 

"Bu gün imzalayacağım icra sərəncamı vaciblik baxımından qlobal miqyasda tayı-bərabəri olmayan qaçqınların qəbul edilməsi proqramımımızı bərpa etmək üçün çətin işlərə təkan verəcək", - Dövlət Departamentində xarici siyasət barədə proqram nitqi söyləyən Bayden bildirib. 

"Bu icra sərəncamı bizə qərargahımızın ilk maliyyə ilində qaçqınların qəbulu həddini ildə 125 minədək artırmağa imkan yaradacaq", - dövlət başçısı deyib.

ABŞ-ın sabiq prezidenti Donald Trampın vaxtında ABŞ, demək olar ki, qaçqınları qəbul etmirdi. 2021-ci il üçün qoyulmuş limit 15 min nəfər idi. Bundan başqa, faktiki olaraq qaçqınları koronavirus pandemiyasına görə qəbul etmirlər.

Xəbər lenti
0